İyulun 15-də ER İqtisadiyyat naziri Gevorq Papoyan Şərqi Uruqvay Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Silvana Leska Barolini qəbul edib.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi perspektivləri və mümkün əməkdaşlıq yolları müzakirə edilib.
Kənd təsərrüfatı məhsullarının ixracının təşviqi, birgə investisiya proqramlarının həyata keçirilməsi, eləcə də Uruqvay bazarında erməni məhsullarının təşviqi üçün B2B görüşlərinin təşkili imkanlarına istinad edilib.
Gevorq Papoyan vurğulayıb ki, Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi prioritet sektorların və potensial investisiya tərəfdaşlarının müəyyən edilməsində köməklik göstərməyə hazırdır.