Rusiya xüsusi təyinatlıları Moskvada şəhərətrafı bazarda azərbaycanlılara qarşı kütləvi həbslər həyata keçirib. Əməliyyat səhər saatlarında Moskva vilayətinin Mitişçi şəhərində keçirilib, azərbaycanlılar toplanaraq avtobuslara mindirilib.
Rusiya ilə Azərbaycan arasında münasibətlər Yekaterinburqda azərbaycanlı icmasının nümayəndələrinin cinayətkar qruplaşmada iştirakda şübhəli bilinərək həbs edilməsindən sonra gərginləşib.
Onlardan ikisi dünyasını dəyişib. Hadisədən sonra “Sputnik Azərbaycan”ın əməkdaşları və bir neçə rusiyalı İT mütəxəssisi Bakıda saxlanılıb.