2025-ci il iyulun 10-da Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidenti arasında görüş keçirilib və Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektləri müzakirə edilib.
“Tərəflər təsdiqləyiblər ki, ikitərəfli danışıqlar münasibətlərin normallaşması prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən effektiv formatdır və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.
Dövlət başçıları sərhədlərin müəyyən edilməsi prosesində əldə olunan irəliləyişləri qeyd edərək, bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər”,- bəyanatda deyilir.
Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.