İyun ayında Rusiyanın neft və qaz gəlirləri son 2,5 ilin ən aşağı səviyyəsinə düşüb.
2024-cü ilin eyni ayı ilə müqayisədə onlar 33,7 faiz azalaraq 494,8 milyard rubla (5,3 milyard avro) düşüb, Rusiya Maliyyə Nazirliyinin cümə axşamı, iyulun 3-də dərc etdiyi hesabatda deyilir.
Reuters xəbər verir ki, bu, may ayı ilə müqayisədə 3,5 faiz azdır.
Bu enişin səbəbləri neftin aşağı qiyməti və rublun möhkəmlənməsidir. Bu ilin birinci yarısında enerji biznesindən əldə olunan gəlirlər demək olar ki, 17% azalaraq 4,47 trilyon rubla düşüb.
“Reuters”in yazdığına görə, Rusiyanın enerji gəlirləri Ukraynadakı müharibəyə xərclərin kəskin artması fonunda azalır. Rusiya hökuməti bu il hərbi xərcləri ÜDM-in 6,3 faizinə çatdırıb ki, bu da Soyuq Müharibədən bəri ən yüksək səviyyədir. Onlar 2025-ci il dövlət büdcəsinin ümumi xərclərinin 32 faizini təşkil edir.
Neft və qaz satışından əldə edilən gəlirlər Rusiya dövlət büdcəsinin doldurulmasının ən mühüm mənbəyidir və bütün büdcə gəlirlərinin təxminən dörddə birini təşkil edir.