Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Müstəqillik Günü münasibətilə amerikalı həmkarı Marko Rubioya mesaj göndərib.
“Mən dövlət katibi Rubioya ən xoş arzularımı çatdırıram, eyni zamanda regional sülhün dəstəklənməsi, Ermənistan-ABŞ iqtisadi inkişafının təşviqi və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş Ermənistan-ABŞ strateji tərəfdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm”, - Mirzoyan özünün X səhifəsində yazıb.