Moskva Bakıdan Azərbaycanda saxlanılan rusiyalı jurnalistlərin ziyarətinə icazə verilməsini xahiş edib, lakin bu, hələlik təmin edilməyib. Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Əlbəttə, biz səfirliyin konsulluq şöbəsinin əməkdaşlarından Rusiya vətəndaşlarının ziyarətinə icazə vermələrini xahiş etmişik və bütün bu müddət ərzində biz səfirliyimizlə, Rusiya səfiri ilə onlayn formatda əlaqə saxlamışıq.
Təəssüf ki, hazırda Rusiya vətəndaşlarına, o cümlədən Rusiya KİV-lərinin jurnalistlərinə baş çəkmək imkanı verilməyib”, - Zaxarova bildirib.