ER-nin Paraqvay Respublikasındakı səfiri (iqamətgahı Montevideoda) Mariam Gevorgyan etimadnaməsinin surətini Paraqvayın xarici işlər naziri Ruben Ramires Leskanoya təqdim edib. Bu barədə Ermənistanın Uruqvaydakı səfirliyi məlumat yayıb.
Görüşdə həmsöhbətlər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar və bu istiqamətdə səylər göstərməyə qarşılıqlı hazır olduqlarını bildirdilər.
ER səfiri Paraqvayın xarici işlər nazirinə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti, Ermənistanın regionda davamlı sülhün bərqərar edilməsi üzrə səyləri, habelə ER hökuməti tərəfindən hazırlanmış “Sülhün kəsişməsi” layihəsi barədə məlumat verib.