ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “kilsəyə hücumlar”la bağlı bəyanatına istinad edib.
“Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda “kilsəyə hücumlar” ciddi narahatlıq doğurur”.
Birincisi, Ermənistanda gedən proseslər Ermənistanın daxili işidir. İkincisi, Rusiya xarici işlər nazirinin şərhi Ermənistanın daxili siyasi həyatına birbaşa müdaxilə cəhdidir. Üçüncüsü, cənab Lavrovun ifadələri Ermənistanda terrora çağırış edən dairələrin lüğəti ilə eynidir. Ümid edək ki, bu, Ermənistanda terrorizmi təşviq etmək cəhdi deyil, sadəcə mövzunun düzgün başa düşülməməsinin nəticəsidir”, - Konjoryan yazıb.
Lavrov daha əvvəl bəyan etmişdi ki, kilsə həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və Rusiya heç bir ciddi əsas olmadan onun haqsız hücumlara məruz qalmasını istəməzdi.