İnsanlar arasında təmaslar bizim münasibətlərimizin əsasını təşkil edir. Ona görə də biz vizanın liberallaşdırılması dialoqunu inkişaf etdiririk. Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ER Xarici İşlər Nazirliyində xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündə deyib.
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Avropa Komissiyası Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı təklifini qəbul edib və şərtlər yerinə yetirildikdə və proses başa çatdıqda, bu, Avropa İttifaqı ilə Ermənistanı bir-birinə daha da yaxınlaşdıracaq”, - o deyib.