ER xarici işlər naziri Ararat Mirzoyan rəsmi səfəri çərçivəsində ŞƏT-in baş katibi Nurlan Yermekbayev ilə görüşüb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan Respublikası ilə ŞƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edərək, qurulmuş fəal dialoqdan və artıq tərəfdaş ölkə statusunda qeydə alınan nəticələrdən qarşılıqlı məmnunluq ifadə ediblər.
Nazir Mirzoyan Ermənistan Respublikasının təşkilat çərçivəsində iştirakının genişləndirilməsi məsələsində Ermənistanın mövqeyini vurğulayıb. Nazir Mirzoyan vurğulayıb ki, Ermənistan Respublikasının Cənubi Qafqazda sülhün bərqərar olmasına yanaşmaları da ŞƏT-in yaradılmasında əsası qoyulmuş fundamental prinsiplərə, o cümlədən ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətə əsaslanır.
Tərəflər mövcud şəraitdə regional əlaqələrin genişləndirilməsinin və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu kontekstdə nazir Mirzoyan Ermənistan hökuməti tərəfindən hazırlanmış və artıq bir sıra ŞƏT-ə üzv dövlətlərdən müsbət rəy almış “Sülhün kəsişməsi” layihəsinə toxunub