İsrailin baş nazirinin ofisi bəyan edib ki, əməliyyatın strateji məqsədlərinə nail olunması ilə əlaqədar və ABŞ prezidenti Donald Trampla tam razılıq əsasında İsrail atəşkəs təşəbbüsünü qəbul edib.
"İsrail atəşkəs şərtlərinin istənilən pozulmasına ən qətiyyətlə cavab verəcək. İsrail vətəndaşları atəşkəs rejiminə tam əməl olunduğu təsdiqlənənə qədər komandanlığın göstərişlərinə əməl etməyə davam etməyə borcludurlar", - Netanyahunun ofisi qeyd edib.
Təl-Əviv öz hərəkətlərini “İsrail xalqı və hərbçiləri üçün böyük qələbə” kimi qiymətləndirib.