Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ilə telefon danışığı aparıb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər regiondakı, o cümlədən İrandakı vəziyyəti müzakirə ediblər.
Regional sabitliyin təmin edilməsinə yönəlmiş səylər barədə fikir mübadiləsi aparılıb.
Humanitar məsələlər kontekstində üçüncü ölkə vətəndaşlarının Ermənistan Respublikası ərazisindən keçməklə İrandan təxliyəsi imkanları və qeydə alınan göstəricilər müzakirə edilib.
ER xarici işlər naziri və Aİ-nin ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində son müzakirələrə də toxunublar.
Ararat Mirzoyan və Kaya Kalas ER-Aİ əməkdaşlığına toxunaraq, qarşıdakı təmasların gündəliyi barədə fikir mübadiləsi aparıblar.