İyunun 20-də saat 08:00-09:00 radələrində Syunik rayonunun Nerkin Hand qəsəbəsi istiqamətində Azərbaycan silahlı qüvvələri atəş açıblar, nəticədə yaşayış binasına ziyan dəyib. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Ölən və yaralananlar olmayıb.
“Biz Azərbaycan tərəfini Nerkin Hand yaşayış binasının atəşə tutulması faktını araşdırmağa və ictimai izahat verməyə çağırırıq”, - bəyanatda deyilir.