İslam İnqilabı Keşikçiləri Korpusu İranın Luristan əyalətində İsrailə dəstək verməkdə şübhəli bilinən 16 nəfəri həbs edib. Bu barədə Tasnim xəbər agentliyi yazır.
Agentlik qeyd edir ki, İsrailin məqsədlərinə çatmağa yönəlmiş istənilən onlayn fəaliyyət, eləcə də yalan xəbər və məlumatların yayılması ölkənin hüquq-mühafizə orqanlarının diqqətini cəlb edəcək.