Belçikanın paytaxtı Brüsseldə Ermənistan Respublikasının səfirliyinin yeni binasının satın alınması prosesi başa çatıb. Bu barədə Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan məlumat verib.
"Belçika İş Adamları Birliyinin Rue d'Arlon 92 1040 ünvanında yerləşən keçmiş binası alınıb, 1866-1870-ci illərdə tikilib və Avropa Komissiyası, Avropa Parlamenti və digər dövlət qurumlarına çox yaxındır. Yaxınlıqda çoxsaylı digər səfirliklər yerləşir.
Binanın dəyəri 4,3 milyon avro olub”, - deyə o yazıb.