İsrail Müdafiə Ordusu İran Silahlı Qüvvələrinin baş qərargah rəisini, ölkənin ali hərbi komandirini zərərsizləşdirib.
"İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat İdarəsindən alınan dəqiq kəşfiyyat məlumatlarına əsasən və fürsətdən istifadə edərək, İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzində yerləşən komanda mərkəzinə zərbələr endirib və ən yüksək rütbəli hərbi komandir və İranın ali dini lideri Əli Xamneyinin ən yaxın adamı Əli Şadmanini məhv edib", - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.