İsrail və İran arasında vəziyyət narahatedicidir və yəhudi dövləti sülh yolu ilə nizamlanmaya əl atmaq və digərləri ilə yanaşı, Rusiyanın təklif etdiyi vasitəçilik xidmətlərindən istifadə etmək istəyini ifadə etmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz dedik ki, lazım olanda, Rusiya bu cür vasitəçilik xidmətləri göstərməyə hazır olacaq. Hazırda ən azı İsrail tərəfindən hər hansı vasitəçilik xidmətinə əl atmaq və ümumiyyətlə, nizamlanma üçün sülh yolu ilə getmək istəyi görmürük", - Peskov bildirib.
Peskov qeyd edib ki, Moskva münaqişə tərəflərini təmkinli olmağa və sülh yolu ilə həll etməyə çağırır.