Kanada hökuməti tərəfindən yayımlanan Yeddilik Qrupu (G7) ölkələrinin liderlərinin birgə bəyanatına əsasən, “İran böhranı”nın həlli Yaxın Şərqdə gərginliyin azalmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır.
"İran regional qeyri-sabitliyin və terrorizmin əsas mənbəyidir. Biz ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Biz Qəzza zolağı da daxil olmaqla, Yaxın Şərqdə hərbi əməliyyatların daha geniş deeskalasiyasına gətirib çıxarmaq üçün İran böhranının həllinə qətiyyətlə çağırırıq", - sammit iştirakçıları qeyd ediblər.