İyunun 17-də Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan Fransanın Qorisdəki fəxri konsulu Karmen Apuntsu qəbul edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı David Karapetyan Karmen Apuntsu fəxri konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hər iki tərəf Fransanın Syunikdə fəxri konsulunun ofisinin açılmasını xüsusi vurğulayıb.
Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin baş katibi ikitərəfli münasibətlərin inkişafı kontekstində mərkəzləşdirilməmiş əməkdaşlığın vacibliyini vurğulayıb. Mədəniyyət və ticarət-iqtisadi sahədə həyata keçirilən proqramlar və qarşıda duran vəzifələr müzakirə edilib.