“Euronews” xəbər verir ki, husilər rəsmi olaraq eskalasiya dövrünə qədəm qoyduqdan sonra qarşıdurma Tehran və Təl-Əviv arasında ənənəvi çərçivədən kənara çıxıb və çoxşaxəli regional münaqişəyə çevrilmək təhlükəsi ilə üzləşib.
Yəmənin husi üsyançıları Yaffa bölgəsinə bir neçə ballistik raket zərbəsi endiriblər. Husi Ənsar Allah hərəkatının hərbi sözçüsü briqada generalı Yəhya Sari bildirib ki, hücumlar son 24 saat ərzində baş verib və Yaffa şəhərindəki “mühüm obyektləri” hədəf alıb.
Sari əməliyyatın İranın İsrailə son hücumları ilə koordinasiyalı şəkildə həyata keçirildiyini təsdiqləyib.