İranın İRNA xəbər agentliyi bidirib ki, Tehran da daxil olmaqla, gecə boyu İsraillə hava döyüşlərinin davam etdiyini bildirib.
Mehrabad beynəlxalq hava limanı hava hücumlarına məruz qalıb. Gecə yarısı hava limanının döyüş təyyarəsi dayanacağında partlayış baş verib. Hava limanının infrastrukturuna və uçuş-enmə zolağına ziyan dəymədiyi bildirilir.
İranın qərbindəki Əsədabad bölgəsi də vurulub. Orada İsrailə qarşı cavab tədbirləri üçün istifadə edilən ballistik raket buraxılış məntəqələrinin olduğu güman edilir.
Media İran tərəfinin F-35, F-16 və F-15 qırıcılarının yerləşdiyi hava bazaları da daxil olmaqla, 150-dən çox İsrail hədəfini də vurduğunu bildirib.