Air India aviaşirkətinə məxsus Boeing 787 sərnişin təyyarəsi Hindistanın qərbində Əhmədabad hava limanı yaxınlığında havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Təyyarədə 242 nəfər olub.
Təyyarə Əhmədabaddan Londonun Qatvik hava limanına uçurdu.
Aviaşirkətin mətbuat xidmətindən bildirilib ki, şirkət insidentlə bağlı araşdırma aparır. Ölən və yaralananlar barədə təsdiqlənmiş məlumat yoxdur.