İslam Respublikasının müdafiə naziri, general-mayor Əziz Nəsirzadə bildirib ki, ABŞ-la silahlı münaqişə baş verəcəyi təqdirdə İran Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum edəcək.
"Amerika tərəfinin bəzi nümayəndələri hədələyirlər ki, danışıqlar müsbət nəticə verməsə, məsələ münaqişəyə gedəcək. Ümid edirəm ki, danışıqlar uğurla başa çatacaq, lakin biz silahlı münaqişəyə məcbur etsək, şübhəsiz ki, düşmənin itkiləri daha çox olacaq və bu halda ABŞ regionu tərk etmək məcburiyyətində qalacaq",- İran müdafiə naziri deyib.
Yaxın Şərqdə Amerikanın hərbi bazaları və obyektləri Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyada yerləşir.