Avropa Şurasının baş katibi Alen Bersenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 11-də Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın müşayiəti ilə Erməni Soyqırımı Memorial Kompleksini ziyarət edib. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat yayıb.
Alen Berse Erməni Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, sonra qonaqlar əbədi məşəl önünə gül dəstələri düzüb, günahsız Erməni Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.