Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın energetika naziri Abbas Əliabadi ilə görüşüb. Bu barədə Ermənistanın İrandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı enerji sahəsində Ermənistan-İran əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki tərəf birgə proqramların həyata keçirilməsinin vacibliyini, xüsusilə də cari il ərzində İran-Ermənistan üçüncü yüksək gərginlikli elektrik verilişi xəttinin tikintisinin başa çatdırılmasının vacibliyini vurğulayıblar.