Mayın 26-da Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan “Yerevan dialoqu” konfransı çərçivəsində Fələstin Dövlətinin Xarici İşlər və Ekspatriatlar üzrə dövlət naziri doktor Varsen Ağabekyanla görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli gündəliyə, o cümlədən Cənubi Qafqaz və Yaxın Şərqdəki bir sıra regional məsələlərə toxunublar.
Dövlət naziri Ağabekyan da Fələstin tərəfinin Qəzzadakı vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim edib.