Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 27-29-da Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək Təhlükəsizlik Məsələlərinə Məsul Ali Nümayəndələrin 13-cü Beynəlxalq toplantısında iştirak etməyəcək.
Bu barədə “Armenpress”in sorğusuna cavab olaraq TŞ ofisindən məlumat verilib.
“28 May Respublika Gününə həsr olunmuş tədbirlərdə iştirak etdiyinə görə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Moskvada keçiriləcək görüşdə iştirak etməyəcək”, - Təhlükəsizlik Şurasının ofisindən bildirilib.