Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan Azərbaycan prezidenti İlham Əliyevin növbəti dəfə qondarma “Qərbi Azərbaycan” bəyanatına münasibət bildirib.
XİN sözçüsü “Armenpress”in sualını cavablandırıb.
Sual: Dünən keçirilən tədbirlərin birində Azərbaycan prezidentinin “Qərbi Azərbaycan” bəyanatını bir daha vurğulayan mesajı verildi. Siz necə reaksiya verirsiniz?
Cavab: “Ermənistan Respublikasının ərazisində “Qərbi Azərbaycan” yoxdur, Qərbi Azərbaycan Azərbaycan Respublikasının qərb rayonlarıdır”.
Yada salaq ki, Ermənistan tərəfi Azərbaycanın bu bəyanatına dəfələrlə cavab verib, Azərbaycan tərəfinin bu cür bəyanatlarına Ermənistan Respublikasına qarşı ərazi iddiası kimi baxıldığını vurğulayıb.