Mayın 21-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadəni qəbul edib.
Təhlükəsizlik Şurasının katibi nazirin Ermənistana səfərini alqışlayıb və Ermənistan-İran dostluq münasibətlərinin davamlı inkişafına və möhkəmlənməsinə töhfə verən ikitərəfli səfərlərin artdığını vurğulayıb.
Nazir də öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin inkişaf tendensiyası olduğunu əminliklə qeyd edib.
Görüşdə nazir Nəsirzadə İranın Ermənistan Respublikasının ərazi bütövlüyünü və region ölkələrinin müstəqilliyini dəstəklədiyini bir daha təsdiqləyərək beynəlxalq səviyyədə tanınmış sərhədlərdə hər hansı dəyişikliyə qarşı çıxış edib.