İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə Yerevanda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə deyib ki, ərazi bütövlüyü və regional sərhədlərin sabitliyinin qorunması İran siyasətinin dəyişməz prinsiplərindən biridir. Bu barədə İran mətbuatı məlumat yayıb.
İslam Respublikasının müdafiə naziri əmin edib ki, Tehran İran və Ermənistan arasında ümumi sərhədə heç bir müdaxiləyə icazə verməyəcək və bunu iki xalq arasında tarixi ünsiyyət yolu adlandırıb, IRNA xəbər verir.
Briqada generalı Nəsirzadə iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayaraq, İranın qonşuluq siyasətində Ermənistanın xüsusi yer tutduğunu qeyd edib. Onun qiymətləndirməsində Tehran və Yerevan arasında münasibətlər möhkəm tarixi və mədəni əsaslar üzərində qurulub və Qafqazda davamlı sülh regional inkişaf üçün geniş imkanlar yaradacaq.