Yerevanda Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Rusiya xarici işlər naziri işgüzar səfərinə “Ana Ermənistan” abidəsinin əbədi məşəli önünə əklil qoymaqla başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir müddət əvvəl qeyd edib ki, Lavrovun Ermənistana səfəri zamanı Rusiya xarici işlər nazirini Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və prezident Vahaqn Xaçaturyan qəbul edəcəyi gözlənilir.