Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında geniş tərkibdə görüş keçirilir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Mirzoyan qeyd edib: “Xalqlarımızın və hər iki dövlətin maraqlarına uyğun olaraq səmərəli siyasi dialoqu və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirəm”.