Təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışdıq. Biz müttəfiqik, bu il Ermənistanda Rusiyanın hərbi bazasının yaradılmasının 30 illiyi tamam olur ki, bu da ölkənin təhlükəsizlik maraqlarının təmin edilməsində mühüm komponentdir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.
"Biz hərbi qurumlarımızın, hüquq-mühafizə orqanlarımız, təhlükəsizlik orqanlarımız arasında sıx təmasların olmasının tərəfdarıyıq. Bütün bunlar əvvəlki illərdə toplanmış zəngin təcrübəyə əsaslanmalıdır.
Biz həmçinin Ermənistanın KTMT-də fəal iştirakında maraqlıyıq”, - deyə o qeyd edib.