İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, İran nüvə məsələsi üzrə ABŞ-la danışıqların yeni raundu təklifini alıb və nəzərdən keçirir.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ arasında nüvə məsələsi üzrə danışıqların 5-ci raundunun keçirilmə tarixinin müəyyən edildiyini, lakin təsdiqlənmədiyini açıqlamışdı.
İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu mayın 11-də Omanın vasitəçiliyi ilə Maskatda baş tutub. Danışıqların birinci və üçüncü raundları aprelin 12 və 26-da Omanda, ikincisi isə aprelin 19-da Romada baş tutub.