Baş nazir Nikol Paşinyan Çin Xalq Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li Sinveyi qəbul edib.
Nikol Paşinyan ümid etdiyini bildirib ki, Li Sinvey dövründə ikitərəfli münasibətlərdə konkret nəticələr qeydə alınacaq.
Səfir səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib və ikitərəfli əməkdaşlığa yeni təkan vermək, ticarət-iqtisadi və mədəni əlaqələrin inkişafı üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Tərəflər iqtisadiyyat və turizm sektorlarında birgə proqramların həyata keçirilməsinə, o cümlədən birbaşa uçuşların sayının artırılmasına əhəmiyyət veriblər. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa da toxunulub.
Görüş zamanı ER hökumətinin “Sülh kəsişməsi” layihəsi və onun prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.