Müzakirələr davam edir. Həmin müzakirələrin yaxın vaxtlarda davam etdirilməsi ilə bağlı razılıq var. Bunu Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan sülh sazişi ilə bağlı məsələyə toxunaraq deyib.
“Bu müzakirələrin yaxın gələcəkdə dövlət başçıları və xarici işlər nazirləri formatında davam edəcəyini istisna etmirəm.
Ermənistan tərəfi və çoxsaylı beynəlxalq tərəfdaşlar sülh sazişinin imzalanmasının reallığa çevrilməsi üçün çalışırlar", - Parlamentin sədri deyib.