Ermənistan Respublikası Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsini müzakirə etmir, ER Parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Bu absurddur, belə bir şey müzakirə olunmur”, - deyə Alen Simonyan üçüncü qüvvələrin olması ilə bağlı bəndin Azərbaycan tərəfindən hansısa mərhələdə Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisindən çıxarılması tələbi kimi təqdim oluna biləcəyi ilə bağlı suala cavab verib.