Mayın 13-də ER müdafiə naziri Suren Papikyan Berlində Böyük Britaniyanın müdafiə naziri Lyuk Pollard ilə görüşüb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Böyük Britaniya əməkdaşlığının əsas istiqamətləri və onların inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki tərəf hər iki ölkədə müdafiə attaşelərini təyin etməklə əməkdaşlığa yeni təkan verməyə hazır olduqlarını bildiriblər.
Görüşdə regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunulub.