Hindistan Hərbi Hava Qüvvələrinin komandanı Vyomika Sinq brifinqdə bildirib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın vəziyyəti gərginləşdirən istənilən addımına cavab verməyə hazırdır.
Əməliyyat zamanı Pakistanın heç bir hərbi obyektinə hücum edilməyib və Hindistan cavabında kifayət qədər təmkin nümayiş etdirib, deyən Sinq, ölkənin silahlı qüvvələrinin Pakistanın hazırkı vəziyyəti gərginləşdirən istənilən addımına cavab verməyə tam hazır olduğunu bildirib.
Pakistan rəsmiləri bəyan ediblər ki, Hindistanın ölkədəki 5 yaşayış məntəqəsinə hücumu nəticəsində 24 nəfər ölüb, 46 nəfər isə yaralanıb.