Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yohan Vadefulu Almaniyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
“Hörmətli İohan Vadeful, 2023-cü ilin fevralında apardığımız müzakirələri səmimiyyətlə xatırlayaraq, Almaniyanın xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi təbrik edirəm.
Ermənistanın Almaniya ilə ortaq dəyərlərə və maraqlara əsaslanan güclü tərəfdaşlığı gələcək üçün böyük perspektivlər açır. Mən həm ikitərəfli formatda, həm də Ermənistan-Aİ əməkdaşlığı çərçivəsində sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm", - Ararat Mirzoyan özünün X səhifəsində yazıb.
Yohan Vadeful bundan əvvəl Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun sədri olub.