Yunanıstan Respublikasına işgüzar səfəri çərçivəsində ER müdafiə naziri Suren Papikyan mayın 6-da Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan da iştirak edib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Yunanıstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər əməkdaşlığın hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edərək, hərbi təhsil, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduqlarını vurğulayıblar.
Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.