Mayın 2-də ER İqtisadiyyat naziri Gevorq Papoyan Fransanın Lion şəhərindən Ermənistana gələn ondan çox iş adamından ibarət nümayəndə heyətini qəbul edib.
Görüş zamanı fransalı iş adamları öz fəaliyyət sahələrini təqdim ediblər, Ermənistana investisiya yatırmaqda, eləcə də qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildiriblər.
Nazir Gevorq Papoyan Ermənistanın investisiya siyasətini, investisiyalar üçün əlverişli qanunvericilik bazasını və biznesi dəstəkləyən alətlər dəstini təqdim edib.
"Biz xüsusilə fransalı tərəfdaşlarla sıx əməkdaşlıqda maraqlıyıq və qarşılıqlı maraq doğuran investisiya layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə etməyə hazırıq", - nazir qeyd edib.