Baş nazir Nikol Paşinyan Ermənistanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyətini hökumətdə qəbul edib.
Baş nazir Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana rəsmi səfərini alqışlayıb və Mixeil Kavelaşvilini qardaş Gürcüstanın prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib.
Nikol Paşinyan ona qardaş Gürcüstanın, ikitərəfli münasibətlərin və regionun rifahı naminə məsul vəzifəsində uğurlar arzulayıb.
"Siz bilirsiniz ki, biz Gürcüstanla ikitərəfli münasibətlərimizə nə qədər dəyər veririk və artıq münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmışıq. Hesab edirəm ki, bu, bizim uzunmüddətli niyyətlərimizi ifadə edən addımdır. Mən həmişə demişəm və inanıram ki, Gürcüstan və Ermənistanın ümumi maraqları var və biz münasibətlərimizi bu maraqlar üzərində qurmalıyıq", - deyə Nikol Paşinyan əlavə edib.
Mixail Kavelaşvili səmimi qonaqpərvərliyə görə təşəkkür edib və Gürcüstan Prezidenti kimi ilk dəfə qonşu ölkədə olmağın böyük şərəf olduğunu qeyd edib.
"Bu, mənim üçün böyük şərəfdir, çünki xalqlarımız əsrlər boyu yan-yana yaşayırlar, bizim dostluğumuz 3 min ildən çoxdur ki, bu, bütün dünyada çox nümunəvidir. Mən bu barədə Ermənistan prezidenti ilə də danışmışam və bu gün bizim xalqlarımızın olması çox özəldir. Əlbəttə, münasibətlərimiz dərinləşməlidir və inkişaf etməlidir", - deyə Gürcüstan prezidenti əlavə edib.
O Ermənistan və Azarbaycan arasında sqıh sazişini alqışlayıb.
Tərəflər Ermənistan-Gürcüstan əməkdaşlığının gündəliyinə daxil olan, iqtisadiyyat, turizm, infrastruktur, təhsil və digər sektorlarda birgə proqramlarla bağlı müxtəlif məsələləri müzakirə ediblər.