Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Erməni Soyqırımının 110-cu ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Bu gün, Erməni Soyqırımının 110-cu ildönümündə soyqırımı nəticəsində həlak olmuş 1,5 milyon erməninin xatirəsini ehtiramla yad edirik. Osmanlı İmperiyasının mövcudluğunun son dövründə erməni xalqının əhəmiyyətli bir hissəsi, o cümlədən uşaqlar, qadınlar, qocalar milli mənsubiyyətinə görə məhv edilmiş, maddi sərvətləri mənimsənilmiş, minilliklərə aid zəngin tarixi-mədəni irsinin əhəmiyyətli hissəsi məhv edilmişdir.
Məhz, eyni zamanda, Erməni Soyqırımı kimi cinayətlərin qarşısının alınması imperativinin həyata keçirilməsi Soyqırımı cinayətinin hüquqi cəhətdən müəyyənləşdirilməsi zərurətinə səbəb oldu ki, bu da 1948-ci il BMT-nin “Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında” Konvensiyasının qəbul edilməsində özünü göstərdi.
Lakin təəssüf ki, Mets Yeğern (Böyük Soyqırım) nəinki 20-ci əsrin bəşəriyyətə qarşı son cinayəti olaraq qalmadı, biz XXI əsrdə də nifrət, irqi və etnik dözümsüzlük əsasında yeni kütləvi cinayətlərin şahidi olmaqda davam edirik.
Ermənistan bu cür cinayətlər üzrə tendensiyaların erkən aşkarlanması, onlara operativ reaksiya verilməsi, bu cinayətlərin qarşısının alınması və aradan qaldırılması istiqamətində təşəbbüslərdə fəal iştirak etməkdə davam edir.
2015-ci ildə Ermənistanın səyləri ilə dekabrın 9-u BMT-nin beynəlxalq günlər siyahısına Soyqırımı cinayəti qurbanlarının anma və ləyaqət günü və bu cinayətin qarşısının alınması günü kimi daxil edilib.
Əvvəlki illərdə qəbul edilmiş qətnamələrin davamı olaraq, 2024-cü ildə, həmçinin aprel ayında BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyasında Ermənistanın təqdim etdiyi “Soyqırımın qarşısının alınması” adlı qətnamə konsensusla qəbul edilib. Bütün bu səylər yönəlib ki, “bir daha heç vaxt” şüardan reallığa çevrilsin”.
Ermənistan Respublikası bu gün keçmişi xatırlayır və gələcəyə baxır, gələcək nəsillər üçün tolerantlıq, hörmət, insan hüquqlarının və sülhün qorunması dəyərlərinə əsaslanan ayrı-seçkilik və zorakılıqdan azad bir mühit yaratmağa çalışır”.