Gürcüstanın xarici işlər naziri Maka Boçoroşvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşündə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı bir daha alqışlayıb.
Onun sözlərinə görə, Tbilisi Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazırdır.
"Mən şadam ki, Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin ötən həftə Tbilisidə ilk üçtərəfli görüşü baş tutub.
Ümid edirəm ki, bu formatda regionun çiçəklənməsi naminə əməkdaşlıq edə biləcəyik", - Gürcüstanın xarici işlər naziri bildirib.