Aprelin 17-də Ermənistan Respublikasının Gürcüstandakı səfiri Aşot Smbatyan Gürcüstan parlamenti sədrinin birinci müavini Gia Volski ilə görüşüb. Bu barədə Ermənistanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Görüşdə Ermənistan və Gürcüstanın qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.