Moskva Yervan və Bakını təmkin nümayiş etdirməyə və ölkələr arasında sərhəddə gərginliyi azaltmaq üçün addımlar atmağa çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Biz Bakı və Yerevanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyəti daha da pisləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırışımızı təkrarlayırıq”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan sərhədində vəziyyəti izləyir.
“Bütün zəruri məsələlər müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.