ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanacağını gözləyir. Reuters xəbər verir ki, bunu Bakıda ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs deyib.
Bakıda keçirilən enerji tədbirində çıxış edən Ceykobs bildirib ki, sülh sazişi Cənubi Qafqaz regionu üçün “təhlükəsizlik və rifahın yeni dövrünü” açacaq.