Martın 8-də yerli vaxtla saat 09:26-da (GMT 05:26) ER Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi Ermənistanın Spitak şəhərində 6 km şimal-şərqdə, 40,88⁰ şimal eni və 44,29⁰ şərq uzunluğunun coğrafi koordinatlarında zəlzələ qeydə alıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Episentr zonasında zəlzələnin gücü 6 bal olub. Zəlzələ Lori, Şirak, Tavuş rayonlarında 4-6 bal, Kotayk, Geğarkunik və Aragatsotn rayonlarında isə 2-4 bal gücündə hiss olunub.