Martın 4-də Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts konqresmen Maykl Louler (Respublikaçı, Nyu-York) ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı və bu məsələdə Konqresin mühüm rolunu müzakirə ediblər. Səfir qısa şəkildə Ermənistan-Azərbaycan sülh prosesini təqdim edib.
Konqresmen ictimai çıxışlarında dəfələrlə Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və buna görə səfir konqresmenə təşəkkür edib.